Ana Sayfa > Özəl > Vensdən diqqətçəkən açıqlama: Ukrayna cəbhədə üstünlüyünü artırır
Vensdən diqqətçəkən açıqlama: Ukrayna cəbhədə üstünlüyünü artırırBu gün, 19:00. Yazar: vasif |
![]() ABŞ-ın vitse-prezidenti J.D. Vens Rusiya-Ukrayna müharibəsinin gedişinə dair diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə, son dövrlərdə cəbhədə formalaşan vəziyyət Ukraynanın müdafiə strategiyasının daha səmərəli nəticələr verməyə başladığını göstərir. Vens bildirib ki, Rusiya ordusunun hücum əməliyyatları əvvəlki kimi nəticə vermir və əldə olunan irəliləyişlər yüksək itkilər bahasına başa gəlir. "Rusiya ordusu elə bir mərhələyə çatıb ki, hücum əməliyyatlarından əldə edə biləcəyi üstünlük getdikcə sıfıra yaxınlaşır. Hər metr irəliləyiş üçün çox ağır qiymət ödəyirlər", – deyə o vurğulayıb. ABŞ vitse-prezidenti hesab edir ki, yaranmış vəziyyət münaqişənin diplomatik yolla həlli üçün daha əlverişli şərait formalaşdıra bilər. Vensin sözlərinə görə, Donald Tramp administrasiyası danışıqlar prosesi davam etdiyi müddətdə Ukraynanın əsas diqqəti müdafiəyə yönəltməsini məqsədəuyğun hesab edir. "Danışıqlar gedərkən Ukraynanın maksimum müdafiə mövqeyində qalması daha effektiv yanaşmadır. Müdafiə olunmaq hücum etməkdən daha asandır və bu strategiya öz nəticəsini göstərib", – deyə ABŞ rəsmisi bildirib. O əlavə edib ki, ABŞ və NATO-nun müdafiəyə üstünlük verilməsi ilə bağlı tövsiyələri Ukraynaya taktiki imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradıb. Vens, həmçinin qeyd edib ki, müasir müharibədə pilotsuz uçuş aparatları və müşahidə texnologiyalarının geniş tətbiqi şəraitində genişmiqyaslı hücum əməliyyatlarından daha çox mövqelərin möhkəmləndirilməsi və qarşı tərəfin resurslarının tükəndirilməsi daha rasional strategiya hesab olunur. Geri dön |