Ana Sayfa > Gündəm / Karusel > Bakının bu hissəsi su altında qala bilər - TƏHLÜKƏ
Bakının bu hissəsi su altında qala bilər - TƏHLÜKƏ28-03-2017, 17:27. Yazar: admin |
"Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb. Göllərdən kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Subasmalar, evlərin, zirzəmilərin su ilə dolması halları qalmaqdadır". AİA.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ekspedisiya rəisi qeyd edib ki, Məhəmmədi gölündə suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor olmalıdır: "Bu olmasa, göldə suyun səviyyəsi daha da çoxalacaq. Məhəmmədi gölünün suyu hər hansı bir yerə axmır. Gölün qarşısı açıq olmalıdır ki, su getsin. Əksinə, hər gün gölə kanalizasiya suları axıdılır. Hazırda da buxarlanma yoxdur. Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Buna görə göldə suyun səviyyəsi sabit qalıb. Sonradan isə su ötürücü kanalın ağzı örtülüb, gölün axarı kəsilib, göl də təbii olaraq dolmağa başlayıb". Qeyd edək ki, Bakı İstintaq Təcridxanası Məhəmmədi gölünün yaxınlığında yerləşir. AİA.az Geri dön |