Ana Sayfa > İdman > DÇ-2026:
DÇ-2026:Bu gün, 09:02. Yazar: Subhan |
![]() DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. aia.az xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0. Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub. Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1. İkinci hissədə İngiltərə 1 nəfər azlıqda qalıb. 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq britaniyalılar hesab arasındakı fərqi artırmağı bacarıb. 60-cı dəqiqədə Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 69-cu dəqiqədə görüşün baş hakimi Əlirza Fəqani bu dəfə İngiltərənin qapısına penalti təyin edib. Topun arxasına keçən Raul Ximenez dəqiq oynayaraq hesabı 2:3 edib. Matç bu hesabla başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib. İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq. DÇ-2026 1/8 final 6 iyul 04:00. Meksika - İngiltərə 2:3 Qol: C. Bellinqem, 36, 38, Kinyones, 42, H. Keyn, 60, R. Ximenez, 69 Qırmızı vərəqə: Kuansa, 54 Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenez, Kinyones İngiltərə: Pikford, O'Rayli, Guehi, Konsa, Kuansa, Rays, Anderson, Qordon, Bellinqem, Saka, Keyn aia.az Geri dön |