Ana Sayfa > Ölkə > Qazaxda taxıl sahəsində yanğın - Video
Qazaxda taxıl sahəsində yanğın - VideoDünən, 21:17. Yazar: vasif |
![]() Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın olub. “aia.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub. Geri dön |