Ana Sayfa > Manşet / Ölkə > Anar Ələkbərov Milli Qəhrəmanın ailəsini ziyarət etdi
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsini ziyarət etdiBu gün, 19:02. Yazar: azer |
![]() Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Qaxda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun ailəsini ziyarət edib. aia.az xəbər verir ki, bu barədə A.Ələkbərov sosial media hesabında paylaşım edib. "Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun anası Lalə xanıma göstərdiyi qonaqpərvərliyə, səmimi münasibətə və ləzzətli təamlara görə təşəkkür edirik. Qəhrəmanlarımızın əziz xatirəsi və şücaəti daim qəlbimizdə yaşayaraq nəsildən-nəslə ötürüləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə Prezidentin köməkçisi bildirib. Qeyd edək ki, Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv edir. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Geri dön |