Ana Sayfa > Siyasət / Parlament > Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib

Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib


Bu gün, 18:46. Yazar: azer
Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Geri dön