Ana Sayfa > Siyasət > Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışıBu gün, 11:39. Yazar: vasif |
![]() İsraildə qondarma "erməni soyqırımı"nın tanınması təşəbbüsünün ölkəyə siyasi üstünlük qazandırmayacağı bildirilib. aia.az xəbər verir ki, İsrailin "Haaretz" nəşri yazır ki, İsrail tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması ölkəyə heç bir siyasi üstünlük gətirməyəcək. Nəşr qeyd edir ki, bu təşəbbüsün müzakirəsi Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə eyni vaxta təsadüf edib. Məqalədə bildirilir ki, Azərbaycanın üç yəhudi icmasının rəhbərləri Knesset deputatlarını bu addımdan imtina etməyə çağırıblar. Onların fikrincə, belə bir qərar Cənubi Qafqazda sülh və sabitliyə mənfi təsir göstərə bilər. Nəşr həmçinin qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi də təşəbbüsü tənqid edərək bildirib ki, bu cür addımlar İsrailin öz siyasətindən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdidir. Geri dön |