Ana Sayfa > Təhsil / Manşet > Rayondan gələnlər Bakıda oxuya bilməyəcək? - Şərtlər açıqlandı
Rayondan gələnlər Bakıda oxuya bilməyəcək? - Şərtlər açıqlandı28-03-2017, 16:28. Yazar: admin |
2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi 15 martdan başlayaraq davam edir. Valideynlər 6 yaşı tamam olmuş uşaqlarının I sinifə qəbulu üçün yaşadıqları ərazi üzrə təqdim olunan məktəblərdən birində elektron qeydiyyatdan keçirlər. Rayon qeydiyyatında olan, lakin iş üçün Bakıda kirayə qalan ailələr övladlarını hər hansı məktəbdə elektron qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər. Çünki bu il I sinifə qəbulla bağlı edilən dəyişiklərdən biri də paytaxt sakinlərinin yalnız qeydiyyatda olduğu ərazi üzrə olan məktəblərdən birində onlayn müraciət yerləşdirməsidir. Vətəndaşları ən çox düşündürən suallardan biri budur: Bakı qeydiyyatında olmayanların övladları hansı məktəblərdə oxuya bilərlər? Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda kirayədə yaşayanların övladları yaşadıqları ərazi üzrə məktəb seçə bilərlər. “Lakin Bakıda kirayədə yaşayan vətəndaşların övladları üçün yaşadıqları ərazi üzrə seçdikləri məktəbdə sıxlıq olduğu halda həmin vətəndaşlardan övladlarını sıxlıq olmayan digər məktəbləri seçmək tövsiyə olunur”. Təhsil İdarəsindən bildirilib ki, I sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Bakıda kirayədə yaşayan vətəndaşların övladları da ümumi qaydada qeydiyyatdan keçməlidirlər. I sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) aşağıdakı sənədləri təqdim etməlidir: - Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)); - uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); - 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; - məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər məktəbəhazırlıq qrupunda təhsil alırsa); - valideynin (qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”. Elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbulla bağlı 28.03.2017-ci il (saat 15:30) tarixinə olan məlumata əsasən, 21 972 nəfər valideyn sorğu yerləşdirib. Onlardan 19 695 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 2 277 nəfəri isə lisey və gimnaziyaları seçib. AİA.az Geri dön |