Ana Sayfa > Dünya > Ərdoğandan İsrailə sərt ittiham: ABŞ–İran razılaşmasına mane olurlar
Ərdoğandan İsrailə sərt ittiham: ABŞ–İran razılaşmasına mane olurlarDünən, 20:06. Yazar: vasif |
![]() Türkiyə İsrailin ABŞ-İran danışıqlar prosesini pozmaq cəhdlərini yaxından izləyir. aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra İstanbulda keçirilən mətbuat konfransında bildirib. “Pakistanın səyləri ilə mümkün olan razılaşma sayəsində dünya rahat nəfəs ala bilib. Son günlərdə beynəlxalq mediada yayılan xəbərlər tərəflərin bu danışıqlar prosesində üzləşdiyi çətinlikləri göstərir. Bölgəmizdə gərginliyin azaldılmasına və problemlərin diplomatik yolla həllinə kömək edən hər bir addımı dəstəkləmişik və dəstəkləməyə davam edirik. İsrail administrasiyasının razılaşmanı pozmağa yönəlmiş təxribatlarını yaxından izləyirik. Siyasi varlıqlarını bölgədəki davam edən münaqişələrlə əlaqələndirən sionist yaraqlılar hazırda xüsusilə Livan və Suriyada aktivdirlər”, - deyə Ərdoğan bildirib. O, İsrail qüvvələrinin Qəzzada dinc insanlara qarşı qeyri-insani hücumlarının dayandırılmalı olduğunu vurğulayıb: "Biz onların bölgəni barıt və qan qoxusu ilə boğmasına imkan verməməliyik. Türkiyə inancından asılı olmayaraq, bölgənin bütün sakinlərinin sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir mühit yaratmaq istəyir. Və bu baxımdan aşağıdakı məqamı vurğulamağı xüsusilə vacib hesab edirəm: Region ölkələrinin iradəsinə və töhfəsinə əsaslanmayan hər hansı bir həll yolu daimi ola bilməz". Ərdoğan əlavə edib ki, Türkiyə "bölgədə sülh, sabitlik və rifahı gücləndirmək üçün qardaş ölkələrlə, xüsusən də Pakistanla həmrəylik içində işləməyə davam edəcək. Geri dön |