Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Azərbaycanda rəqəmsal inkişaf strategiyası uzunmüddətli perspektivə hesablanmış dövlət siyasətidir”
Göydəniz Qəhrəmanov: “Azərbaycanda rəqəmsal inkişaf strategiyası uzunmüddətli perspektivə hesablanmış dövlət siyasətidir”Bu gün, 16:19. Yazar: azer |
![]() “Rəqəmsal transformasiya və texnoloji yenilənmə, dövlət idarəçiliyində əsas amillərdən birinə çevrilib. Dünyada rəqabət qabiliyyətini artıran ölkələr məhz rəqəmsal texnologiyaların tətbiqini iqtisadi inkişafın, təhlükəsizliyin və vətəndaş məmnunluğunun başlıca şərti kimi qəbul edirlər. O cümlədən ölkəmizdə də Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq bu istiqamətdə sistemli islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və bu qurumun ilk iclasının ölkənin Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilməsi də məhz rəqəmsal inkişafın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.” Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib. Deputat xüsusi olaraq bildirdi ki Şuranın ilk iclasında səsləndirilən fikirlər rəqəmsal inkişafın yalnız bir sahənin deyil, bütövlükdə dövlət idarəetmə sisteminin gələcəyini müəyyən edən prioritet istiqamət olduğunu göstərir: “Burada məqsəd sadəcə yeni elektron xidmətlərin yaradılması deyil, dövlət qurumları arasında məlumat mübadiləsinin daha çevik təşkili və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərini daha operativ müstəviyə çıxarır. Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi rəqəmsallaşma prosesinə tamamilə yeni məzmun qazandırır. Artıq dövlət idarəçiliyində böyük həcmli məlumatların təhlili, xidmətlərin fərdiləşdirilməsi və idarəetmənin optimallaşdırılması məhz bu texnologiyaların imkanları hesabına daha çevik mümkün olur. Azərbaycanda bu istiqamətdə vahid yanaşmanın formalaşdırılması gələcək illərdə dövlət idarəçiliyinə mühüm töhfə verəcək. Rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi olan kiber təhlükəsizlik də iclasda xüsusi diqqət mərkəzində saxlanıldı. İnformasiya resurslarının qorunması, kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitdə etibarlılığın gücləndirilməsi milli təhlükəsizlik məsələsinə çevrilib. Bu baxımdan dövlət qurumlarının fəaliyyətinin vahid təhlükəsizlik standartları əsasında əlaqələndirilməsi Azərbaycanın rəqəmsal imkanlarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal inkişaf strategiyası uzunmüddətli perspektivə hesablanmış dövlət siyasətidir. Bu siyasətin mərkəzində insan amili, innovasiya, təhlükəsizlik və dayanıqlı inkişaf dayanır. Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti isə müxtəlif dövlət qurumlarının vahid məqsəd ətrafında əlaqələndirilməsini təmin etməklə ölkənin rəqəmsal gələcəyinin formalaşdırılmasına mühüm töhfə verəcək. Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm müasir dövlət idarəçiliyinin tələblərinə cavab verir, həm də ölkənin qlobal rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edir.” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb. Geri dön |