Ana Sayfa > Dünya > Ukrayna PUA-ları 850 km uzağa uçdu - Rusiyaya ağır zərbə vurdu

Ukrayna PUA-ları 850 km uzağa uçdu - Rusiyaya ağır zərbə vurdu


Bu gün, 16:11. Yazar: vasif
Ukrayna PUA-ları 850 km uzağa uçdu - Rusiyaya ağır zərbə vurdu


Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Baltik dənizində Rusiyanın neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş ən böyük dəniz terminallarından birinə zərbə endirib.

aia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu gecə Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli sanksiyaları... Sankt-Peterburq yaxınlığında işə düşdü. Ukrayna müdafiə qüvvələri limanın neft infrastrukturuna zərbə endirdi ki, bu da Rusiyanın hərbi səyləri üçün vəsait yaradır. Əsas hərbi hədəf olan Kronştadt da vuruldu. Ukraynanın dövlət sərhədindən məsafə 850 kilometrdən çoxdur”, - o deyib.

Dövlət başçısı Ukraynanın dəqiq zərbələrini təmin edən və uzaqmənzilli sanksiyalar planını həyata keçirən hər kəsə təşəkkür edib.

Pilotsuz Sistemlər Qüvvələri də gecə hücumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, pilotsuz sistemlər operatorları Sankt-Peterburq neft terminalına və Leninqrad vilayətindəki Baltik Donanmasının Leninqrad Hərbi Dəniz Bazasının əsas bazası olan Kronştadta zərbələr endiriblər.

Ukrayna eyni zamanda Moskvaya genişmiqyaslı PUA hücumu həyata keçirib.
Moskva meri Sergey Sobyanin bildirib ki, son 24 saat paytaxt bölgəsi istiqamətində 200-dən çox PUA aşkarlanıb və onların 62-si vurulub.

Lakin tələfat və ya dağıntının olması barədə hər hansı məlumat verilməyib.
Geri dön