Ana Sayfa > Siyasət > Siyavuş Novruzov: "Hava istiləşən kimi mitinq həvəsinə düşürlər"
Siyavuş Novruzov: "Hava istiləşən kimi mitinq həvəsinə düşürlər"28-03-2017, 15:12. Yazar: admin |
“Azərbaycanda mitinqlərin, kütləvi aksiyaların keçirilməsi aktual deyil. Lakin özünü müxalifət adlandıran, bəzi qüvvələrə xidmət göstərən insanlar, təşkilatlar və dərnəklər hava şəraitinə uyğun olaraq kütləvi aksiyaların keçirilməsi məsələsini gündəmə gətirirlər”. Bu fikirləri AzVision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə etdiyi aksiya çağırışlarına münasibət bildirən S.Novruzov bildirib ki, özünü müxalifət hesab edənlərin mitinq keçirmə həvəsi mövsümi xarakter daşıyır: “Bunlar havalar istiləşən kimi mitinq keçirmə həvəsinə düşürlər, soyuyanda isə geri çəkilirlər. Onların mitinq keçirmə həvəsləri mövsümi xarakter daşıyır. Heç bir halda bunların mitinqləri Azərbaycandakı problemlərlə bağlı deyil”. S.Novruzov vurğulayıb ki, müxalifətin, başqa Milli Şuranın məqsədi erməni diasporunun maliyyəsi ilə Azərbaycanda mitinqlər keçirməklə Ermənistan cəmiyyətini sakitləşdirməyə hesablanıb: “Bu gün Ermənistanda kütləvi aksiyalar keçirilir. Orada ciddi problemlər var. Seçki öncəsi ölkədə tam gərginlik hökm sürür. Ermənistan müxalifətinin böyük bir hissəsi Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın apardığı siyasəti dəstəkləyir. Yəni, onlar başa düşürlər ki, Ermənistanın xilası məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə mümkündür. Ermənistan gələcəkdə bir dövlət kimi yaşamaq istəyirsə, Azərbaycanla razılığa gəlməlidir. Yalnız bundan sonra erməni əhalisi düşdüyü ağır iqtisadi, sosial, siyasi problemlərdən çıxa bilər. Belə olan halda erməni diasporu təmsil olunduğu müxtəlif təşkilatların nümayəndələri vasitəsi ilə bunlara azacıq maliyyə ayırır ki, Azərbaycanda hər hansı bir məsələyə etiraz üçün kütləvi aksiyalar keçirilsinlər. Qərb və Ermənistan mühitinə mesaj ötürmək məqsədi ilə belə məsələlələr ortaya çıxarılır ki, “baxın, münasibət qurmaq istədiyiniz Azərbaycanda hansısa sosial məsələ ilə bağlı kütləvi aksiya keçirilir. Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək hansı səbəbdən lazımdır ki, Azərbaycanın özündə sosial problemlər var”. Qeyd etdiyim kimi, Ermənistan ictimaiyyətini sakitləşdirmək üçün bizimkilərin əli ilə belə addımlar atmağa çalışırlar”. AİA.az Geri dön |