Ana Sayfa > Özəl > Ərəb şirkəti Ermənistan bazarında: Rusiyanın enerji üstünlüyü sarsılır?

Ərəb şirkəti Ermənistan bazarında: Rusiyanın enerji üstünlüyü sarsılır?


Bu gün, 21:10. Yazar: vasif
Ərəb şirkəti Ermənistan bazarında: Rusiyanın enerji üstünlüyü sarsılır?




Birləşmiş Ərəb Əmirliklərinin aparıcı enerji şirkətlərindən biri olan Emarat Ermənistanda ilk yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Layihə şirkətin Ermənistanın SIL Capital qrupu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, diplomatik nümayəndələri və enerji sektorunun rəhbərləri iştirak ediblər. Yeni məntəqənin fəaliyyətə başlaması BƏƏ-nin Cənubi Qafqazda enerji sahəsinə marağının artdığını göstərən növbəti addım kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, Ermənistan son illər enerji təchizatını şaxələndirməyə və Rusiyadan asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Bu prosesdə alternativ tərəfdaşların bazara daxil olması ölkənin seçim imkanlarını genişləndirə bilər.

Deputat Vüqar İskəndərov bildirib ki, Emaratın Ermənistana gəlişi təkcə iqtisadi layihə deyil, həm də regionun geoiqtisadi balansına təsir göstərə biləcək hadisədir. Onun sözlərinə görə, yeni investisiyalar və alternativ tədarükçülərin bazara daxil olması Rusiyanın enerji sektorundakı dominant mövqeyini zəiflədə bilər.

Deputat əlavə edib ki, Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməyə başlaması da regionda yeni iqtisadi münasibətlərin formalaşdığını göstərir. Onun fikrincə, yaxın illərdə Ermənistanın Rusiya enerjisindən tam imtina etməsi çətin olsa da, enerji asılılığının tədricən azalması ehtimalı kifayət qədər yüksəkdir.

Geri dön