Ana Sayfa > Özəl > Avropa nəhənginin radarında: Duran üçün yeni transfer iddiası

Avropa nəhənginin radarında: Duran üçün yeni transfer iddiası


Bu gün, 20:29. Yazar: vasif
Avropa nəhənginin radarında: Duran üçün yeni transfer iddiası




"Qarabağ"ın hücumçusu Kamilo Duranın Avropaya transfer olunacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Britaniya mətbuatında yayılan məlumata görə, Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi namizədlər arasında kolumbiyalı futbolçunun da adını saxlayır.

Məlumatda bildirilir ki, klub rəhbərliyi müxtəlif hücumçular üzərində işləyir və Kamilo Duran da bu siyahıda yer alan əsas variantlardan biri hesab olunur.

Daha əvvəl də Şotlandiya mediası "Seltik"in futbolçu ilə maraqlandığını, "Qarabağ"ın isə onun transferi üçün təxminən 2 milyon funt sterlinq məbləğində təzminat gözlədiyini yazmışdı.

Xatırladaq ki, Kamilo Duran ötən yay "Qarabağ"a transfer olunub. Hücumçu başa çatan mövsümdə bütün turnirlərdə göstərdiyi məhsuldar çıxışla diqqət çəkərək 15 qol vurmağa nail olub.

Geri dön