Ana Sayfa > Özəl > ABŞ-ın nüvə sualtı qayığında kütləvi zəhərlənmə: Onlarla hərbçi zərər çəkdi

ABŞ-ın nüvə sualtı qayığında kütləvi zəhərlənmə: Onlarla hərbçi zərər çəkdi


Bu gün, 19:19. Yazar: vasif
ABŞ-ın nüvə sualtı qayığında kütləvi zəhərlənmə: Onlarla hərbçi zərər çəkdi




ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığında baş verən insident nəticəsində azı 64 hərbçi zəhərlənib.

Məlumata görə, hadisə iyunun 22-də Sakit okean donanmasının Kitsap-Banqor hərbi-dəniz bazasında texniki işlər aparılarkən qeydə alınıb.

Bildirilir ki, insident ehtiyat dizel generatorunun işə salınması zamanı baş verib. Hadisənin dəqiq səbəbi və hərbçilərin hansı maddədən zəhərləndiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır və insidentin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Geri dön