Ana Sayfa > Özəl > Paşinyan və Pezeşkian Tehranda regional məsələləri müzakirə etdi

Paşinyan və Pezeşkian Tehranda regional məsələləri müzakirə etdi


Bu gün, 12:00. Yazar: vasif
Paşinyan və Pezeşkian Tehranda regional məsələləri müzakirə etdi




İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı tərəflər İran-Ermənistan münasibətlərinin inkişaf perspektivlərini, regional sabitlik məsələlərini və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Pezeşkian bildirib ki, Tehran İrəvanla əlaqələrin ardıcıl şəkildə inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə inanır.

Tərəflər həmçinin regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün davamlı addımların vacibliyini vurğulayıblar.

İran Prezidenti Nikol Paşinyanı Ermənistanda keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə də təbrik edib.

Qeyd edək ki, Paşinyan İranın ali lideri Əli Xameneinin vida və dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Geri dön