Ana Sayfa > Ölkə > Dövlət Xidməti: 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib

Dövlət Xidməti: 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib


Bu gün, 10:26. Yazar: azer
Dövlət Xidməti: 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib

"Əvvəlki dövrdə olduğu kimi cari ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib",

Bu barədə aia.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Geri dön