Ana Sayfa > Dünya > Ermənistan bu dəmir yolunun bərpasına başladı
Ermənistan bu dəmir yolunun bərpasına başladıDünən, 20:15. Yazar: vasif |
![]() “Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb”. “aia.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. “Bu işi biz həyata keçirəcəyik. Bölmənin qalan hissəsinə gəldikdə isə, rusiyalı tərəfdaşlarımız da daxil olmaqla, müzakirələri davam etdirəcəyik”, - deyə Paşinyan qeyd edib. Baş nazir vurğulayıb ki, beynəlxalq dəmir yolu xətlərinin regiona daxil ola biləcəyi, lakin Ermənistandan yan keçəcəyi bir vəziyyətdə Ermənistan sadəcə müşahidəçi rolunda qala bilməz. “Bu, ola bilməz. Gəlin müəyyən edək ki, bu, Ermənistanın mülkiyyətidir və biz öz mülkümüzü idarə etməliyik”, - deyə Paşinyan bildirib. Geri dön |