Ana Sayfa > Dünya > Paşinyan: Biz əriyi vedrələrlə Avropaya göndərə bilmərik ki...
Paşinyan: Biz əriyi vedrələrlə Avropaya göndərə bilmərik ki...Bu gün, 19:37. Yazar: vasif |
![]() Ermənistanaın Avropaya ixrac problemi siyasi səviyyədə həll edilib, amma biz əriyi vedrələrlə göndərə bilmərik. aia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Aİ Komissiyası Ermənistandan göndəriləcək müəyyən mallara ticarət tədbirləri tətbiq etmək qərarına gəldi. “Bu o deməkdir ki, müəyyən mal qrupları Aİ-yə gömrük rüsumları olmadan, yəni sərbəst ticarət rejimi çərçivəsində ixrac ediləcək və idxal ediləcək”, - Paşinyan bildirib. O qeyd edib ki, qərarın tam qüvvəyə minməsi üçün bir müddət vaxt lazım olacaq, çünki bu müddət ərzində üzv dövlətlər qərarlar qəbul etməli, Avropa Parlamenti isə müvafiq qətnamə qəbul etməlidir: “İstəyirəm ki, bunu qiymətləndirək. Çünki bu, əhəmiyyətli və həlledici bir dönüş nöqtəsidir. 450 milyon istehlakçısı olan Aİ bazarı təkcə yüksək səviyyəli bazar deyil, həm də yüksək standartlara malik bir bazardır. Biz əriyi Aİ-yə vedrələrlə göndərə bilmərik. Siyasi səviyyədə ixrac probleminin həll olunduğunu deyə bilərik. İndi qalan tək şey onu praktik səviyyədə həll etməkdir. Bu, bizim işimizdir, xarici qurumların məsuliyyəti deyil”. Geri dön |