Ana Sayfa > Özəl > Netanyahu: İsrail ABŞ-ın maliyyə yardımından imtina etməyə hazırdır

Netanyahu: İsrail ABŞ-ın maliyyə yardımından imtina etməyə hazırdır


Dünən, 20:43. Yazar: vasif
Netanyahu: İsrail ABŞ-ın maliyyə yardımından imtina etməyə hazırdır




İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin artıq ABŞ-dan aldığı maliyyə yardımına ehtiyac duymadığını və bu istiqamətdə yeni mərhələyə keçmək istədiklərini açıqlayıb.

Netanyahu bildirib ki, İsrail bu il ərzində ABŞ-ın maliyyə dəstəyindən imtina etməyi planlaşdırır. Onun sözlərinə görə, ölkənin iqtisadi və strateji imkanları xarici maliyyə yardımından asılı olmadan fəaliyyət göstərməyə imkan verir.

Baş nazir çıxışında qeyd edib ki, ABŞ-dan alınan yardımı artıq zəruri hesab etmir və İsrailin öz resurslarına güvənməsinin vacib olduğunu düşünür.

“ABŞ yardımını dayandırmaq istəyirəm. Bu, işsizlik müavinəti kimidir və mən bunu istəmirəm”, – deyə Netanyahu bildirib.

Netanyahu əlavə edib ki, İsrailin məqsədi uzunmüddətli perspektivdə daha müstəqil iqtisadi və maliyyə siyasəti həyata keçirməkdir.

Geri dön