Ana Sayfa > Özəl > Leyen İrəvanda Paşinyana dəstək verdi: “Ermənistan Avropaya yaxınlaşdıqca region da yaxınlaşır”

Leyen İrəvanda Paşinyana dəstək verdi: “Ermənistan Avropaya yaxınlaşdıqca region da yaxınlaşır”


Bu gün, 19:00. Yazar: vasif
Leyen İrəvanda Paşinyana dəstək verdi: “Ermənistan Avropaya yaxınlaşdıqca region da yaxınlaşır”




Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib və ölkənin Avropa istiqamətində atdığı addımlara dəstəyini ifadə edib.

Leyen çıxışında Ermənistanda keçirilən seçkilərin nəticələrini yüksək qiymətləndirərək, bunun ölkədə demokratik institutların inkişafını nümayiş etdirdiyini bildirib. O, 2018-ci il hadisələrinin formalaşdırdığı siyasi kursun davam etdiyini qeyd edib.

Avropa Komissiyasının prezidenti vurğulayıb ki, İrəvana əsas mesajı Ermənistanın Avropa İttifaqının etibarlı tərəfdaşlığına arxalana biləcəyini çatdırmaqdır.

“Bizə etibar edə bilərsiniz. Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca, Cənubi Qafqaz da Avropaya daha da yaxınlaşır”, – deyə Leyen bildirib.

O, həmçinin Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişini region üçün mühüm mərhələ kimi qiymətləndirib və bunun uzun illər ərzində Cənubi Qafqazda atılmış ən əhəmiyyətli addımlardan biri olduğunu qeyd edib.

Leyen Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə də toxunaraq, bu qərarların siyasi iradə və liderlik tələb etdiyini, uzunmüddətli perspektivdə isə müsbət nəticələr verəcəyinə inandığını bildirib.

Geri dön