Ana Sayfa > Özəl > Simonyan siyasi səhnədən geri çəkilir? – Spiker postunu itirdi, mandatdan da imtina etdi
Simonyan siyasi səhnədən geri çəkilir? – Spiker postunu itirdi, mandatdan da imtina etdiBu gün, 12:30. Yazar: vasif |
![]() Ermənistanın sabiq parlament sədri Alen Simonyan yeni parlamentin formalaşdırılmasından sonra həm spiker vəzifəsini, həm də deputat mandatını qəbul etməyəcəyini açıqlayıb. Simonyan bildirib ki, parlament sədri kimi fəaliyyətini davam etdirmək niyyətində olsa da, hakim **“Vətəndaş Müqaviləsi”** Partiyasının İdarə Heyətinin qərarına hörmətlə yanaşıb və bu qərarı qəbul edib. Onun sözlərinə görə, partiya daxilində qəbul edilən qərarlar hər zaman üstün tutulur və o da həmin prinsipə sadiq qalıb. Sabiq spiker vurğulayıb ki, parlamentdə millət vəkili kimi fəaliyyət göstərməyəcək və yeni çağırış Milli Məclisdə təmsil olunmayacaq. O qeyd edib ki, gələcəkdə ölkəsinə və siyasi komandaya başqa formatda xidmət etmək imkanını istisna etmir. Simonyan son illərin onun üçün olduqca ağır keçdiyini, xüsusilə müharibədən sonrakı dövrdə parlamentin ciddi sınaqlarla üzləşdiyini xatırladaraq, hazırda bir müddət siyasətdən uzaqlaşıb şəxsi həyatına vaxt ayırmaq istədiyini bildirib. Qeyd edək ki, son parlament seçkilərində hakim **“Vətəndaş Müqaviləsi”** Partiyası yenidən qələbə qazanıb. Alen Simonyan yeni parlamentin sədri postuna əsas namizədlərdən biri hesab olunsa da, partiya rəhbərliyi bu vəzifə üçün parlament sədrinin müavini Ruben Rubinyanın namizədliyini irəli sürüb. Bundan sonra Simonyan həm spiker postundan, həm də deputat mandatından imtina etmək qərarını açıqlayıb. Geri dön |