Ana Sayfa > Manşet / Özəl > Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edibBu gün, 13:29. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 02 iyul 2026-cı il tarixində İsmayıllı rayonunun daha iki kəndində seçicilərlə görüşüb. Aia.az xəbər verir ki, bu dəfəki səyyar qəbul rayonun Gideyli və Kürd Eldarbəyli kəndlərində baş tutub. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Gideyli və Kürd Eldarbəyli kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |