Ana Sayfa > Özəl > Urartu irsi üzərində yeni mübahisə: Ermənilərin iddialarına tarixçi etiraz etdi

Urartu irsi üzərində yeni mübahisə: Ermənilərin iddialarına tarixçi etiraz etdi


Dünən, 21:16. Yazar: vasif
Urartu irsi üzərində yeni mübahisə: Ermənilərin iddialarına tarixçi etiraz etdi




Ermənistan və Polşadan olan arxeoloqların Ararat vadisində qədim suvarma sistemləri aşkar etməsi barədə yaydığı məlumat regionda yeni müzakirələrə səbəb olub. Tədqiqat müəllifləri Argiştixinili şəhəri yaxınlığında təxminən 2700 il yaşı olduğu bildirilən qədim su təsərrüfatı izlərinin müəyyən edildiyini açıqlayıblar.

Lakin bir sıra tarixçilər bu tapıntıların "erməni irsi" kimi təqdim edilməsinin elmi əsaslara söykənmədiyini bildirirlər. Onların fikrincə, söhbət eramızdan əvvəl VIII əsrdə mövcud olmuş Urartu dövlətinin irsindən gedir və həmin dövrdə indiki Ermənistan ərazisində erməni dövləti mövcud olmayıb.

Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə bildirib ki, Urartu mədəniyyətinin ermənilərlə əlaqələndirilməsi tarixi faktlarla uzlaşmır.

Professorun sözlərinə görə, urartuların mənşəyi erməni xalqı ilə bağlı deyil, ermənilər isə bölgəyə sonrakı dövrlərdə köç ediblər. O vurğulayıb ki, Argişti adı da Urartu hökmdarlarından birinə məxsus olub və bunun erməni mənşəli olmasını təsdiqləyən elmi sübut yoxdur.

Ekspert hesab edir ki, qədim suvarma sistemlərinin aşkar edilməsi həmin irsin avtomatik olaraq müasir xalqlardan birinə aid edilməsi anlamına gəlmir və bu cür məsələlər yalnız elmi faktlar əsasında qiymətləndirilməlidir.

Geri dön