Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyev və Azərbaycan Polisi: Təhlükəsizliyin və Sabitliyin Qarantı
Ulu Öndər Heydər Əliyev və Azərbaycan Polisi: Təhlükəsizliyin və Sabitliyin QarantıBu gün, 10:43. Yazar: azer |
![]() Azərbaycan xalqının dövlətçilik tarixində hüquq-mühafizə orqanlarının fəaliyyəti hər zaman mühüm əhəmiyyət daşıyıb. Dövlətin möhkəmliyi, vətəndaşların təhlükəsizliyi, ictimai sabitlik və qanunun aliliyinin təmin olunması güclü polis sistemi olmadan mümkün deyil. Məhz buna görə də hər il 2 İyul – Azərbaycan Polisi Günü yalnız peşə bayramı deyil, həm də dövlətçiliyə sədaqətin, xalqa xidmət missiyasının və qanunun aliliyinin təntənəsi kimi qeyd olunur. Azərbaycan polisi 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış və ötən bir əsrdən artıq müddətdə ölkəmizin ən mühüm dövlət institutlarından birinə çevrilmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış siyasi böhran, daxili qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü hüquq-mühafizə orqanlarının fəaliyyətinə də ciddi təsir göstərirdi. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan polisi də yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi ağır sınaqlarla üz-üzə idi. Ayrı-ayrı silahlı dəstələrin özbaşınalığı, cinayətkarlığın artması, qanunsuz silahlı qruplaşmaların fəaliyyəti ölkədə ictimai sabitliyi ciddi şəkildə pozmuşdu. Dövlət institutlarının fəaliyyətini bərpa etmək üçün ilk növbədə hüquq-mühafizə orqanlarının vahid sistem əsasında fəaliyyət göstərməsi zəruri idi. Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə qanunçuluğun bərpasını təmin etdi. Hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, polis əməkdaşlarının peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev dəfələrlə bildirirdi ki, hüquqi dövlət quruculuğu yalnız güclü qanunçuluq və peşəkar polis fəaliyyəti ilə mümkündür. Azərbaycan polisi fəaliyyətini yalnız cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşdırmır. Polis əməkdaşları ölkədə sabitliyin qorunması, terrorçuluğa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, kibercinayətkarlığa qarşı mübarizə, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, kütləvi tədbirlər zamanı ictimai asayişin qorunması kimi mühüm vəzifələri uğurla yerinə yetirirlər. Bu xidmət böyük məsuliyyət, peşəkarlıq və fədakarlıq tələb edir. Azərbaycan polisi hər gün minlərlə vətəndaşın təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərir. Bu gün Azərbaycan dövlətinin əsas üstünlüklərindən biri xalqla dövlət institutları arasında mövcud olan yüksək etimaddır. Polis əməkdaşları öz fəaliyyətlərində yalnız qanunlara deyil, həm də vətəndaş məmnunluğuna xüsusi önəm verirlər. Müasir dövrdə polis-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaf xidmət prinsiplərinin tətbiqi hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsinə çevrilib. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər, transmilli cinayətkarlığın yeni formaları, kibertəhlükələr və terrorizm hüquq-mühafizə orqanlarının fəaliyyətinə yeni çağırışlar yaradır. Azərbaycan polisi bu çağırışlara cavab vermək üçün müasir texnologiyalar, peşəkar hazırlıq və beynəlxalq əməkdaşlıq imkanlarını daim genişləndirir.mBu gün Azərbaycan polisi yalnız ölkə daxilində deyil, beynəlxalq hüquq-mühafizə təşkilatları çərçivəsində də etibarlı tərəfdaş kimi tanınır. 2 İyul – Azərbaycan Polisi Günü hüquq-mühafizə orqanlarının şərəfli xidmət yoluna verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan polisi ötən onilliklər ərzində dövlətçiliyimizin qorunması, ictimai sabitliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, Qarabağ uğrunda döyüşlər və postmüharibə dövründə təhlükəsizliyin təmin olunması istiqamətində böyük xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı hüquqi dövlət konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan ardıcıl islahatlar nəticəsində Azərbaycan polisi peşəkarlığı, vətənpərvərliyi, yüksək xidmət mədəniyyəti və xalqa sədaqəti ilə dövlətimizin ən möhkəm dayaqlarından birinə çevrilmişdir. Əminliklə demək olar ki, xalq–Prezident–polis birliyi Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və davamlı inkişafının ən mühüm təminatlarından biridir. 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının bütün əməkdaşlarını və veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli xidmətlərində yeni uğurlar arzulayırıq. Azərbaycan polisi daim dövlətimizin və xalqımızın keşiyində qətiyyətlə dayanacaq. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü. Geri dön |