Ana Sayfa > Dünya > Fransa yeni prezidentini bu tarixlərdə seçəcək

Fransa yeni prezidentini bu tarixlərdə seçəcək


Bu gün, 10:10. Yazar: Subhan
Fransa yeni prezidentini bu tarixlərdə seçəcək

Fransada növbəti prezident seçkiləri 2027-ci il 18 aprel və 2 may tarixlərinə (birinci və ikinci turlar - red.) planlaşdırılıb.

aia.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, seçkilərin tarixləri ilə bağlı rəsmi qərar Nazirlər Şurasının iyulun 1-də keçiriləcək iclasında qəbul edilməlidir.

Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun sonuncu, ikinci prezidentlik müddətinin mayın 14-də başa çatmasından 12 gün əvvəl yekunlaşacaq.

Nəşrin məlumatına görə, hökumət seçkilərin keçirilmə tarixləri üçün iki variant nəzərdən keçirib. Belə ki, səsverməni aprelin 11-i və 25-inə təyin etmək və ya tarixləri bir həftə irəli çəkmək təklif olunub. Nəticədə ikinci varianta üstünlük verilib.

aia.az
Geri dön