Ana Sayfa > Dünya > Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb

Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb


Bu gün, 08:34. Yazar: Subhan
Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb

Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid Saleh ilə bir araya gələrək "Fəlakət və Fövqəladə Halların İdarəolunması Sahəsində Əməkdaşlıq Memorandumu"nu imzaladıq", - M. Çiftçi bildirib.

Qeyd olunub ki, Suriyanın daxili işlər naziri Ənəs Xəttab ilə təhlükəsizlik, sərhəd idarəçiliyi, miqrasiya və könüllü geri qayıdış prosesləri dəyərləndirilib.

Xatırladaq ki, M.Çiftçi Suriyaya səfər çərçivəsində Suriya Prezidenti Əhməd Əl Şaraa ilə də görüşüb.

aia.az
Geri dön