Ana Sayfa > Gündəm > Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlanıb


28-03-2017, 12:06. Yazar: admin
Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçiriləcəyi tarix açıqlanıb.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Adalet.az-ə verilən məlumata görə, forumun bu il oktyabr-noyabr ayları ərzində keçirilməsi nəzərdə tutulur.
Forumun keçirilməsində məqsəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsidir. Forumların uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malik olduğu hesab edilir.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə keçirilib.

AİA.az
Geri dön