Ana Sayfa > Şou-biznes > Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTOBu gün, 14:12. Yazar: vasif |
![]() Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli sosial şəbəkədə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb. Sənətçi onu təhqir edən sosial şəbəkə istifadəçisi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, həmin şəxs polisə şikayət edildiyini öyrəndikdən sonra qorxuya düşərək sosial media hesabını silib. Nazilə paylaşımında bu sözləri yazıb: "Mən sizin üçün Arzum deyiləm. Bildi ki, polisə verirəm, qorxudan səhifəsini sildi. Bilmir ki, saxta profil də olsa, tapılacaq". Şairənin bu açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin bir qismi onun hüquqlarını müdafiə etmək üçün atdığı addımı dəstəkləyib, digərləri isə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. ![]() ![]() Geri dön |