Ana Sayfa > Özəl > Rusiyalı ekspert: Azərbaycanın geostrateji mövqeyi ölkəyə mühüm üstünlük qazandırır
Rusiyalı ekspert: Azərbaycanın geostrateji mövqeyi ölkəyə mühüm üstünlük qazandırırBu gün, 19:00. Yazar: vasif |
![]() Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkənin həm iqtisadi, həm də geosiyasi çəkisini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Rusiyalı iqtisadçı Mixail Belyayev bildirib ki, Şərqlə Qərbi birləşdirən əsas tranzit istiqamətlərindən birində yerləşən Azərbaycan son illərdə regional nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirib. Onun sözlərinə görə, beynəlxalq yük axınlarının artması ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, siyasi əhəmiyyətini də yüksəldir. Ekspert qeyd edib ki, son dövrlərdə qlobal ticarət marşrutları ətrafında baş verən hadisələr nəqliyyat dəhlizlərinin strateji rolunu bir daha nümayiş etdirib. Bu baxımdan, tranzit imkanlarını inkişaf etdirən ölkələr regional və beynəlxalq proseslərdə daha mühüm mövqe qazanırlar. Belyayevin fikrincə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və beynəlxalq logistika layihələrində artan rolu ölkəyə uzunmüddətli iqtisadi və siyasi üstünlüklər qazandırır. Onun sözlərinə görə, bu amillər Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Geri dön |