Ana Sayfa > Özəl > Toyda gözlənilməz hadisə: Gəlinin paltarına yüzlərlə qarışqa doldu

Toyda gözlənilməz hadisə: Gəlinin paltarına yüzlərlə qarışqa doldu


Bu gün, 11:00. Yazar: vasif
Toyda gözlənilməz hadisə: Gəlinin paltarına yüzlərlə qarışqa doldu




ABŞ-ın Corciya ştatında keçirilən açıq hava toyu gözlənilməz hadisə ilə yadda qalıb. 25 yaşlı Keti Stoks mərasim başlamazdan bir neçə dəqiqə əvvəl gəlinlik paltarının altına yüzlərlə qarışqanın dolduğunu bildirib.

Gəlinin sözlərinə görə, cütlük açıq havada keçirilən mərasim üçün ağcaqanadlara qarşı əvvəlcədən tədbir görsə də, qarışqaların hücumunu gözləməyib. O hesab edir ki, gün ərzində yağan güclü yağışdan sonra həşəratlar torpaqdan çıxaraq mərasim keçirilən əraziyə yayılıb.

Keti ilk qarışqa dişləmələrini həyat yoldaşı ilə birlikdə qonaqların qarşısına çıxmağa hazırlaşarkən hiss edib. Gəlinlik paltarının ətəyini qaldırdıqda isə qarışqaların paltarın demək olar ki, bütün qatlarına yayıldığını görüb.

Bəy onu dərhal avtomobilə apararaq ayaqqabılarını çıxarmağa və qarışqaları təmizləməyə kömək edib. Daha sonra toy təşkilatçısı da onlara yardım etsə də, qarışqalar ona da keçib. Hadisəyə görə mərasim qısa müddətlik dayandırılıb, ərazi xüsusi həşərat əleyhinə vasitələrlə işlənib, gəlinə isə dişləmələrin təsirini azaltmaq üçün krem tətbiq olunub.

Qarışqalar təmizləndikdən sonra mərasim davam etdirilib və cütlük toylarını planlaşdırıldığı kimi başa vurub. Bal ayı zamanı ayaqlarındakı dişləmələri sayan Keti onların ümumilikdə 92 olduğunu müəyyən edib. Onun sözlərinə görə, vaxtında göstərilən tibbi yardım sayəsində izlər təxminən bir həftə ərzində tam sağalıb.

Gəlin yaşadığı hadisəni daha sonra "TikTok" platformasında paylaşaraq qısa zamanda milyonlarla baxış toplayıb. Sosial şəbəkə istifadəçiləri də açıq havada keçirilən toylarla bağlı oxşar təcrübələrini bölüşüblər. Bütün yaşananlara baxmayaraq, Keti həmin günü həyatının ən xoş günü adlandıraraq heç nəyi dəyişmək istəmədiyini bildirib.

Geri dön