Ana Sayfa > Təhsil > Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır -
Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır -Bu gün, 10:37. Yazar: Subhan |
![]() 16 938 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma imtahanına cəlb olunub. aia.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı deyib. Nazirin sözlərinə görə, onlardan tarix fənni üzrə 4 194 nəfər uğur qazanıb, 1 377 nəfər isə uğursuz olub. Fiziki tərbiyə üzrə 4 516 müəllim uğur, 903 nəfər mənfi nəticə toplayıb. Texnologiya üzrə 393 müəllim uğursuz olub, 2 555 müəllim uğurlu olub. Təsviri incəsənət fənnindən 1 405 müəllim müsbət nəticə əldə edib, 284 nəfər isə mənfi nəticə toplayıb. Musiqidən isə 270 müəllim uğursuz olsa da, 1 041 nəfər uğurlu nəticə əldə edib. E.Əmrullayev qeyd edib ki, müəllimlərin əməkhaqqıları son 10 ildə əsaslə şəkildə artıb. Belə ki, sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) – 1300 manat maaş alır. Əməkhaqqına 10% əlavə olunan 60 818 nəfər 1010 AZN əməkhaqqı alır. Sertifikatlaşdırmada iştirak etməyən və ya birinci cəhddə uğur qazanmayan 23 984 nəfərlik heyət isə 770 manat maaş alır. aia.az Geri dön |