Ana Sayfa > Ölkə > Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq kəsiləcək
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq kəsiləcəkBu gün, 09:53. Yazar: Subhan |
![]() Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. aia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən transformator məntəqəsində planlı təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi prospektinin, Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Eyni saatlarda Nizami RETSİ-nin xidmət ərazisində yerləşən transformator məntəqələrində aparılacaq təmir və texniki baxış işləri ilə əlaqədar Nizami Abdullayev küçəsində də elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərin daha dayanıqlı və keyfiyyətli elektrik təchizatı təmin ediləcək. aia.az Geri dön |