Ana Sayfa > İdman > Ramil Şeydayev Rusiya klubuna keçə bilər
Ramil Şeydayev Rusiya klubuna keçə bilərBu gün, 14:21. Yazar: Subhan |
![]() “Qarabağ”dan ayrılan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər. aia.az “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”su maraqlanır. Rusiya klubu hazırda forvardla danışıq aparır. Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun da formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin “Sabah” və “Neftçi”də çıxış edib. aia.az Geri dön |