Ana Sayfa > Dünya > Çin Yaponiyanın iri şirkətlərinə ixrac məhdudiyyəti tətbiq etdi
Çin Yaponiyanın iri şirkətlərinə ixrac məhdudiyyəti tətbiq etdiBu gün, 19:41. Yazar: vasif |
![]() Çin və Yaponiya arasında iqtisadi münasibətlərdə gərginlik yeni mərhələyə keçib. Rəsmi Pekin Yaponiyanın bir sıra aparıcı şirkət və təşkilatlarına qarşı ikitəyinatlı məhsulların ixracına məhdudiyyət tətbiq edib. Məlumata görə, Çin Kommersiya Nazirliyi Yaponiyanın 20 şirkət və qurumunu ixrac nəzarəti siyahısına daxil edib. Qərara əsasən, Çin şirkətləri hökumətin xüsusi icazəsi olmadan həmin təşkilatlara hərbi və mülki məqsədlər üçün istifadə oluna bilən məhsullar, strateji texnologiyalar və xammal ixrac edə bilməyəcək. Pekin bu qərarı Tokionun son illərdə müdafiə imkanlarını genişləndirməsi və hərbi potensialını artırması ilə əsaslandırıb. Məhdudiyyət tətbiq olunan qurumlar arasında Yaponiya Müdafiə Araşdırmaları İnstitutu ilə yanaşı, "Mitsubishi", "Komatsu" və "Fujitsu" şirkətlərinin bəzi törəmə strukturlarının da yer aldığı bildirilir. Analitiklər hesab edirlər ki, yeni məhdudiyyətlər iki ölkə arasında texnologiya və sənaye sahəsində əməkdaşlığa təsir göstərə, xüsusilə də yüksək texnologiyalar və strateji məhsullar üzrə tədarük zəncirində əlavə çətinliklər yarada bilər. Hazırda Yaponiya hökuməti və adı çəkilən şirkətlər tərəfindən məsələ ilə bağlı geniş rəsmi açıqlama verilməyib. Geri dön |