Ana Sayfa > Özəl > Pezeşkiandan 6 milyard dollarlıq açıqlama – İran və Qətər razılığa gəldi
Pezeşkiandan 6 milyard dollarlıq açıqlama – İran və Qətər razılığa gəldiBu gün, 19:00. Yazar: vasif |
![]() İran Prezidenti Məsud Pezeşkian Qətərdə dondurulmuş İran aktivlərinin bir hissəsinin azad edilməsi ilə bağlı mühüm razılığın əldə olunduğunu açıqlayıb. İran Prezident Administrasiyasının yaydığı məlumata görə, əldə olunan razılaşma əsasında Qətər banklarında saxlanılan 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dollarının yaxın vaxtlarda blokdan çıxarılması nəzərdə tutulur. Pezeşkian bildirib ki, qalan vəsaitin də ölkəyə qaytarılması üçün hüquqi və diplomatik proseslər davam etdirilir. İqtisadçılar hesab edirlər ki, ABŞ sanksiyaları səbəbindən uzun müddət dondurulmuş aktivlərin bir hissəsinin sərbəst buraxılması İran iqtisadiyyatı üçün mühüm maliyyə dəstəyi ola, ölkəyə valyuta axınını artıraraq milli valyutanın sabitləşməsinə müsbət təsir göstərə bilər. Rəsmi Tehran isə bu razılaşmanı ölkənin maliyyə maraqları baxımından əhəmiyyətli irəliləyiş kimi qiymətləndirir. Geri dön |