Ana Sayfa > Özəl > ADY-dən Gürcüstana gedən sərnişinlərə vacib xəbərdarlıq
ADY-dən Gürcüstana gedən sərnişinlərə vacib xəbərdarlıqBu gün, 13:30. Yazar: vasif |
![]() Azərbaycan Dəmir Yolları (ADY) Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə mühüm xəbərdarlıq edib. ADY-nin bilet satış platformasında yerləşdirilən bildirişdə qeyd olunub ki, Gürcüstanın "Turizm haqqında" qanununa əsasən, 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə daxil olan hər bir əcnəbi sağlamlıq və ya bədbəxt hadisələri əhatə edən sığorta polisi təqdim etməlidir. Məlumata görə, sığorta sənədi ingilis və ya gürcü dilində, həm çap, həm də elektron formatda qəbul ediləcək. Sənədi istənilən sığorta şirkətindən əldə etmək mümkündür. ADY həmçinin xatırladıb ki, Azərbaycanla vizasız gediş-gəliş rejimi olmayan ölkələrin vətəndaşlarının dəmir yolu ilə Gürcüstana səfərinə icazə verilmir. Qurum sərnişinlərə səfər öncəsi tələb olunan sənədləri əvvəlcədən yoxlamağı və yeni qaydalara uyğun hazırlaşmağı tövsiyə edib. Geri dön |