Ana Sayfa > Özəl > Banqladeşdə qızılca epidemiyası dərinləşir: Uşaqlar arasında ölüm sayı 712-yə yüksəldi

Banqladeşdə qızılca epidemiyası dərinləşir: Uşaqlar arasında ölüm sayı 712-yə yüksəldi


Bu gün, 18:09. Yazar: vasif
Banqladeşdə qızılca epidemiyası dərinləşir: Uşaqlar arasında ölüm sayı 712-yə yüksəldi


Banqladeşdə qızılca epidemiyası ağırlaşmaqda davam edir. Rəsmi məlumatlara görə, xəstəlik səbəbindən həyatını itirən uşaqların sayı 712-yə çatıb.

Məlumata əsasən, indiyədək ölkə üzrə ümumilikdə 99 207 uşaqda qızılca infeksiyası qeydə alınıb. Epidemiya ilə mübarizə məqsədilə hökumətin başladığı təcili peyvənd kampaniyası isə davam etdirilir.

Statistikaya görə, aprelin 10-dan bu günədək qızılca şübhəsi ilə 82 844 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 79 152 nəfəri müalicə alaraq evə buraxılıb, digər xəstələrin müalicəsi isə davam etdirilir.

Banqladeş hökuməti çoxsaylı uşaq ölümü ilə bağlı xəbərlərdən sonra aprelin 7-də ölkə miqyasında təcili peyvənd proqramına start verib. Kampaniyanın əsas məqsədi virusun yayılmasının qarşısını almaq və xüsusilə uşaqlar arasında ölüm hallarını minimuma endirməkdir.

Səhiyyə qurumları valideynləri uşaqların peyvənd təqviminə ciddi əməl etməyə çağırır və epidemiyanın tam nəzarət altına alınması üçün immunizasiya tədbirlərinin həlledici əhəmiyyət daşıdığını bildirirlər.
Geri dön