Ana Sayfa > İdman > DÇ-də 1/8 finalın ilk iştirakçısı məlum oldu
DÇ-də 1/8 finalın ilk iştirakçısı məlum olduBu gün, 08:58. Yazar: Subhan |
![]() ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib. aia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mundialın ev sahiblərindən olan Kanada millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gəlib. Los-Anceles şəhərindəki "Sou-Fay" stadionunda oynanılan görüşün taleyini bir qol həll edib. Stiven Euştakiunun 90+2-ci dəqiqədə vurduğu qol Kanada yığmasını 1/8 finala yüksəldib. Qeyd edək ki, Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. aia.az Geri dön |