Ana Sayfa > Ölkə > Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var

Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var


Bu gün, 13:30. Yazar: vasif
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var


Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az”ın xəbərinə görə, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Onlar- 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxdiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz qızı,1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.
Geri dön