Ana Sayfa > Dünya > Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldıBu gün, 10:26. Yazar: vasif |
![]() Rusiya hakimiyyətini sərt bəyanatlarla hədələyən sabiq hərbçi Aleksandr Lunin inzibati qaydada həbs edilib. aia.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun "#мояжизнь" ("#mənimhəyatım") Teleqram kanalında məlumat yayılıb. Məlumata görə, Lunin 11 sutka müddətinə inzibati həbs cəzası alıb. Bu barədə məlumatı onun ailəsinə yaxın şəxs kimi təqdim olunan kanal administratoru paylaşıb. Paylaşımda bildirilir ki, Aleksandr Luninin həyat yoldaşı onun sağ-salamat olduğunu, lakin 11 günlük inzibati həbsə məhkum edildiyini təsdiqləyib. Hələlik onun hansı maddə ilə məsuliyyətə cəlb olunduğu açıqlanmayıb. Bundan əvvəl Luninin həyat yoldaşı TikTok-da yayımladığı videoda polis əməkdaşlarının gecə saatlarında Voronej vilayətinin Lizinovka kəndində yerləşən evlərində axtarış apardığını və bütün kompüter texnikasını götürdüyünü bildirib. Sonradan həmin video silinib. Məlumata görə, axtarış zamanı Lunin evdə olmayıb. O, həmin gün Moskvaya yollanaraq Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodinlə görüşməyi planlaşdırırmış. Aleksandr Lunin son günlər sosial şəbəkələrdə milyonlarla baxış toplayan videolar paylaşıb. O Müdafiə Nazirliyi və digər güc strukturlarının yüksək vəzifəli nümayəndələrinin onunla əlaqə saxlayaraq Rusiya prezidentinə ordudakı vəziyyətlə bağlı mesaj çatdırmağı istədiyini iddia edib. Lunin “əks halda "ordunun silahını Kremlə çevirəcəyini" söyləyib. Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Geri dön |