Ana Sayfa > Ölkə > Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi


Bu gün, 10:33. Yazar: vasif
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "aia.az"a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Geri dön