Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Qaxda kişini ölümdən son anda qızı xilas etdi

Qaxda kişini ölümdən son anda qızı xilas etdi


5-10-2015, 13:38. Yazar: admin
Qaxda kişini ölümdən son anda qızı xilas etdi
Üç uşaq atası intihar etmək istəyib.

Azərbaycanın Qax rayonunda özünü asan 65 yaşlı kişi son anda xilas edilib.

Oxu.Az xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 4-ü günorta saatlarında 1950-ci il təvəllüdlü İrodan Babacanaşvili travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, üç uşaq atası özünü yaşadığı evdə çardağına çıxmaq üçün istifadə edilən keçiddə asıb.

Həmin vaxt həyətdə olan qızı İrodan Babacanaşvilini asılı vəziyyətdə görüb və kəndiri kəsərək atasını son anda xilas edib.

İ. Babacanaşvilinin hadisə zamanı sərxoş olduğu bildirilir. Reanimasiya şöbəsinə yerləşdirilən İ. Babacanaşviliyə vəziyyəti stabildir.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön