Ana Sayfa > İdman > DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb

DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb


Bu gün, 10:00. Yazar: vasif
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb


Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.

aia.az-ın məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1.

Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.

Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq.
Geri dön