Ana Sayfa > Dünya > İrəvanda ARA QARIŞDI: Polis qüvvələri əraziyə cəlb olundu

İrəvanda ARA QARIŞDI: Polis qüvvələri əraziyə cəlb olundu


Dünən, 20:39. Yazar: vasif
İrəvanda ARA QARIŞDI: Polis qüvvələri əraziyə cəlb olundu


Ermənistanda seçkilərin nəticələrinə etiraz edən aksiya iştirakçıları bu dəfə Konstitusiya Məhkəməsinin binası qarşısına toplaşıblar.

aia.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısına çoxsaylı polis qüvvələri cəlb edilib.

Seçkilərin nəticələrinin ləğv olunmasını tələb edən etirazçılar aksiyaya həbs edilmiş ictimai xadimlərin və siyasətçilərin fotoları ilə gəliblər.

Onların arasında Avetik Çalabyanın portretləri, həmçinin "Hüquqi özbaşınalığı pisləyirik", "Hüquqi dövlət naminə" və digər şüarlar yazılmış plakatlar da yer alıb.
Geri dön