Ana Sayfa > Özəl > 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilibBu gün, 11:43. Yazar: azer |
![]() 25 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü münasibətilə Mingəçevir Bələdiyyəsi və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. aia.az xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Ordusunun şərəfli döyüş yolundan bəhs edən film nümayiş olunub. Çıxışlarda Azərbaycan Ordusunun ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısı olduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların ordumuzun gücünü daha da artırdığı vurğulanıb. Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs edilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib. Geri dön |