Ana Sayfa > Ölkə > Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verirBu gün, 10:17. Yazar: vasif |
![]() Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur. Bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb. Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz Vağzalı; II yürüş marşrutu: Şəhidlər xiyabanı - "Alov Qüllələri" kompleksi - Çəmbərəkənd parkı - metronun "İçərişəhər" stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli; III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı; IV yürüş marşrutu: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti; V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - "28 Mall" ticarət mərkəzi. Geri dön |