Ana Sayfa > Parlament > Milli Məclisdə Azərbaycan və İordaniya parlamentlərinin dostluq qruplarının görüşü keçirilib
Milli Məclisdə Azərbaycan və İordaniya parlamentlərinin dostluq qruplarının görüşü keçirilibDünən, 21:28. Yazar: azer |
![]() İyunun 25-də Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərov İordaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Hussein Kreişan dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlər arasında əməkdaşlığın inkişafının rolundan bəhs ediblər. Hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının bu əlaqələri daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Regional və beynəlxalq müstəvidə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Görüşdə Bakıda keçirilən İƏT Pİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkili təqdirəlayiq hesab olunub. Sessiyada aparılan müzakirələrin İslam dünyasında həmrəyliyin gücləndirilməsi, birgə platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyəti vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov, İordaniya nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |