Ana Sayfa > Ölkə > Aşura günü 1200 litrdən çox qan yığıldı

Aşura günü 1200 litrdən çox qan yığıldı


Bu gün, 16:53. Yazar: vasif
Aşura günü 1200 litrdən çox qan yığıldı


Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.

Bu barədə aia.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

Qeyd edək ki, hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.
Geri dön