Ana Sayfa > Özəl > “Real”da Vinisius düyünü: Yeni müqavilə sual altındadır
“Real”da Vinisius düyünü: Yeni müqavilə sual altındadır25-06-2026, 10:04. Yazar: vasif |
![]() Real Madrid rəhbərliyi ilə Vinícius Júnior arasında yeni müqavilə danışıqları gözlənildiyi kimi irəliləmir. İspaniya mətbuatında yayılan məlumatlara görə, Madrid klubunda braziliyalı ulduzun müqaviləsinin uzadılması ilə bağlı əvvəlki optimizm zəifləyib. Tanınmış jurnalist Ramon Alvaresin iddiasına əsasən, klub daxilində yeni anlaşmanın əldə olunacağına dair şübhələr artıb. Bildirilir ki, futbolçunun irəli sürdüyü maliyyə və idman şərtləri rəhbərlik tərəfindən diqqətlə nəzərdən keçirilsə də, hazırda yekun razılıq üçün ciddi irəliləyiş yoxdur. Məlumata görə, klub prezidenti Florentino Pérez müəyyən güzəştlərə hazır olsa da, Vinisiusun tələblərini tam şəkildə qəbul etməyə tələsmir. Bu səbəbdən tərəflər arasında danışıqların yaxın zamanda nəticələnəcəyi ilə bağlı inam azalıb. Klub rəhbərliyi eyni zamanda yay transfer dönəmində futbolçuya böyük maraq göstərə biləcək varlı klubların meydana çıxacağını da istisna etmir. Bu isə Vinisiusun gələcəyi ətrafında müzakirələri daha da artırır. 2018-ci ildən “Real Madrid” forması geyinən braziliyalı hücumçu komandanın son illərdəki ən vacib oyunçularından biri hesab olunur. Onun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 25 yaşlı futbolçu 2025/2026 mövsümündə 53 rəsmi oyunda meydana çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu göstəricilər onun komandanın əsas hücum güclərindən biri olaraq qaldığını bir daha nümayiş etdirir. Hazırda əsas sual budur: Vinisius Madriddə qalacaq, yoxsa yay transfer bazarında futbol dünyasını silkələyəcək böyük bir keçid reallaşacaq? Hələlik tərəflərdən rəsmi açıqlama verilməyib. Geri dön |